12 
Iyl
2021
21:56
911

SON DƏQİQƏ! DİN vəfat edən operatorun ekspertiza nəticəsini açıqladı

"TV Pirveli-nin operatoru Aleksandre Laşkaravanın cəsədinin kimyəvi ekspertizasının nəticəsinə əsasən, cəsəddən götürülmüş nümunələrdə narkotik maddə aşkar edilmişdir".

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Mamuka Gelidze Daxili İşlər Nazirliyində keçirilən brifinqdə qeyd edib.

"TV Pirveli-nin operatoru Aleksandre Laşkaravanın işi ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları 200-dən çox prosessual və istintaq tədbirləri aparmış, 110 nəfərlə sorğu keçirmiş, 65 video müşahidə kameralarına baxmışdır. Ölümün səbəbini təyin etmək üçün ailə tərəfindən kirayələnən müstəqil ekspertin iştirakı ilə məhkəmə ekspertizası təyin olunub. Kimyəvi ekspertizanın nəticəsinə görə, cəsəddən götürülən nümunələrdə "morfin", "kodein", "tetrahidrokannabinol", "pentin" və "monoasetilmorfin" vasitələri aşkar olunub. Ölümün səbəbi bu vasitələrdən istifadə zamanı aşırı doz qəbulu ola bilər", - deyə Gelidze məlumat verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər