12 
Iyl
2021
13:36
579

Parlamentdə millət vəkilləri arasında şifahi və fiziki qarşıdurma baş verdi

Parlamentin iclas salonunda millət vəkilləri arasında şifahi və fiziki qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, az əvvəl media təşkilatlarının və mülki sektorun nümayəndələri iclas salonuna basqın ediblər.

Onların əsəbiləşməsinə bir neçə jurnalistin parlament binasına girişinə icazə verilməməsi səbəb olub. Hazırda müxalifət millət vəkilləri parlament tribunasından vətəndaşlara və iclas salonunda toplanan millət vəkillərinə müraciət edir.

"Bu cinayətin iştirakçısısınız, Ğaribaşvili və Qomelauriyi istefaya göndərin, daha sonra normal siyasi həyatı yaşamağa davam edə bilərik. Növbədənkənar seçkilər keçirək və xalqa zorakılıq edən deyil, konstitusiyanı və xalqı qoruyan hökuməti seçək", - deyə "Milli Hərəkat"ın liderlərindən Tinatin Bokuçava vətəndaşlara və millət vəkillərinə müraciət edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər