5 iyulda media nümayəndəsinə zorakılıq etdiyinə görə bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, jurnalistin peşə fəaliyyətinə zorakılıq təhdidi ilə mane olmaq, zorakılıq və zorakılıq təhdidi ilə təqib, qrup zorakılığı faktları üzrə daha bir şəxs, 1992-ci il təvəllüdlü D.K.-nı saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İstintaq müəyyən etdi ki, cari ilin 5 iyulunda təqsirləndirilən şəxs - D.K. "Utancdır" təşkilatının ofisində "TV 1" televiziya şirkətinin çəkiliş qrupuna rəsmi işini yerinə yetirərkən fiziki və şifahi təcavüz edib.
İstintaq 154-cü maddənin 2-ci hissəsi, 156-cı maddənin 2-ci hissəsinin "A" yarımbəndi və 225-ci maddənin 2-ci hissəsi ilə aparılır.
5 iyulda media mənsublarına qarşı şiddət faktları ilə əlaqədar başladılan istintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları, TV 1-in çəkiliş qrupuna fiziki və şifahi təcavüz etdiyinə görə 5 nəfər də daxil olmaqla ümumilikdə 20 nəfəri saxladılar", - deyə məlumatda bildirilir.
İdərədən verilən məlumata görə, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.


