23 
Apr
2020
18:53
2338

Marneulidən kənd təsərrüfatı mallarını alan şirkətin rəhbəri: "Biz bəzən ziyan görürük və məhsulu alğımız qiymətə belə sata bilmirik"

"Marneulidə cümə günü təxminən 16 tona qədər məhsul satın aldıq, sonra istirahət günləri idi və artıq çərşənbə axşamı yenidən maşınlar göndərildi".

InterPress.ge xəbər verir ki, bu barədə “Jibe” şirkətinin rəhbəri, Levan Davitadze bildirib.

“Jibe” şirkətinin rəhbəri şirkətin fəaliyyətini açıqlayır və bildirir ki, şirkətin anbarları bütün Gürcüstana bölüşdürülüb.

Onun dediyinə görə, şirkətin məqsədi topdansatış bazarının təşkili idi və artıq 10 ildir fəaliyyət göstərir.

Davitadze açıqlayır ki, şirkət böyük maliyyə risk bahasına təşəbbüslə çıxdı və karantin zonalarından məhsulun alınması prosesinə qatıldı.

Onun dediyinə görə, “Jebe” hansısa ekslüziv səlahiyyət almayıb, Kənd Təsərrüfatı Nazirliyi bütün şirkətlərə müraciət edib.

Onun dediyinə görə, “Jibe” bəzən ziyana gedir və məhsulu aldığı qiymətə sata bilmir.

“Biz cümə günü 16 ton məhsul aldıq. Bu gün səkkiz maşının göndərilməsi planlaşdırılmışdı və daha iki maşın əlavə edəsi olduq. Proses gedir, söhbət maksimum 100 ton məhsulun alınmasından gedir. Biz bəzən ziyan görürük və məhsulu alğımız qiymətə belə sata bilmirik. İstirahət günlərindən başqa məhsulu hər gün götürürük", dedi Davitadze.

Onun dediyinə görə, məhsulun qiymətini bazar müəyyənləşdirir.

Bizimlə əlaqə saxlayın