Hökumətə sabah saat 12:00-a qədər vaxt verildi
Etirazçılar hökumətə baş naziri istefaya göndərmək üçün sabah saat 12: 00-a qədər vaxt veriblər.
InterPress.ge xəbər verir ki, müvafiq açıqlama Parlament qarşısında keçirilən aksiyada verilib.
"Mtavari Arxi" kanalının direktoru Nika Qvariamianın dediyinə görə, DTX rəhbəri də daxil olmaqla Baş nazirin rəhbərlik etdiyi tam hökumət sabah saat 12: 00-a qədər istefa etməzsə, sabah saat 18: 00-da Parlament qarşısında aksiya keçiriləcək.
"Hökumətə sabah saat 12: 00-a qədər vaxt verdik. Bizim üçün qəbul edilə bilən yeganə qərar, Baş nazir Ğaribaşvilinin rəhbərlik etdiyi tam hökumətin və DTX-nin rəhbəri Liluaşvilinin istefasıdır. Sözügedən tələb sabah yerinə yetirilməzsə, saat 18: 00-da yenidən buraya toplanacağıq", - bildirib Qvaramia.


