ABŞ səfirliyi bəyanat yaydı
ABŞ-ın Gürcüstandakı səfirliyi operator Lekso Laşkaravanın ölümü ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bəyanat deyilir:
"Amerika Birləşmiş Ştatlarının Tbilisidəki Səfirliyi Lekso Laşkaravanın ailəsinə, ilk növbədə Leksonun anasına, TV Pirveli-dəki həmkarlarına və ölümündən kədərlənənlərə dərin hüznlə başsağlığı verir.
Lekso, bir media mütəxəssisi olaraq uzun illər kamera arxasında işləyirdi və bəziləri ehtimal ki, insan həyatına hörmətə məhəl qoymayan şəxslər tərəfindən ciddi şəkildə döyülənə qədər onu tanımırdılar. Leksonun həmkarını müdafiə etməkdə göstərdiyi cəsarət və bu ölkədə çoxdan bəri qiymətləndirilən təməl azadlıqlara sadiqlik Gürcüstan xalqının ən yaxşı keyfiyyətlərini və ənənələrini təmsil edir.
Leksonun hücumu ilə əlaqədar bir neçə nəfərin saxlanılması ədalətin icrasına doğru atılan ilk müsbət addımdır. Gürcüstanda hər bir jurnalistinin təhlükəsizliyi və demokratiyaya inamı, 5-6 iyul tarixlərində mülki şəxslərə və jurnalistlərə hücum edən və ya şiddətə təhrik edənlərin hamısının müəyyənləşdirilməsini, həbs olunmasını və qanunun tam qüvvəsi ilə məhkəməyə təqdim edilməsini tələb edir. Sülhə və artıq bir nəfərin faciəvi ölümü ilə nəticələnən şiddətə son qoyulmasına çağırırıq", - deyə bəyanatda qeyd edilib.


