DİN brifinq keçirdi
Gürcüstanın Daxili İşlər Nazirliyində TV Pirveli-nin operatoru Lekso Laşkaravanın ölümü ilə bağlı davam edən istintaqa dair brifinq keçirilib.
InterPress.ge xəbər verir ki, Mərkəzi Kriminal Polis Departamentinin direktoru Mamuka Gelidze, istintaq idarəsinin Laşkaravanın getdiyi marşurutun görüntülərini öyrəndiyini, eyni zamanda onunla əlaqəli olan şəxsləri müəyyənləşdirdiyini və onlarla müsahibə apardığını qeyd edib.
“Əvvəla, Aleksandre Laşkaravanın ölümü ilə bağlı kədərimizi dilə gətiririk. Ailəsinə və həmkarlarına başsağlığı veririk.
İctimaiyyətin yüksək marağına görə, Daxili İşlər Nazirliyinin TV Pirveli-nin operatoru Aleksandre Laşkaravanın ölümü ilə bağlı başlatdığı istintaq barədə ictimaiyyəti məlumatlandırmaq istəyirik.
Artıq qeyd etdiyimiz kimi, hadisə ilə əlaqədar dərhal Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladıldı. Ailənin seçdiyi müstəqil ekspertin iştirakı ilə məhkəmə tibbi ekspertizası təyin edildi.
Məhkəmə ekspertizasına əlavə olaraq, mərhumun son vaxtlar təmasda olduğu şəxslərlə müsahibələr də daxil olmaqla istintaq tədbirləri aktiv şəkildə davam etdirilir.
Səyahət marşrutunun kadrlarını araşdırırıq, eyni zamanda onunla əlaqəli şəxslər müəyyənləşdirir və müsahibə aparırıq.
İstintaqın maraqları naminə, mərhumun ailəsindən və dostlarından istintaqla əməkdaşlıq etmələrini və istintaq orqanına mərhuma aid mobil telefonu vermələrini xahiş edirik, çünki onda istintaq üçün vacib məlumatlar saxlanıla bilər.
Burada, ictimai maraq üçün, istintaq çərçivəsində əldə edilən Aleksandre Laşkarava-nın hərəkətinin görüntülərini yayımlayırıq.
Aleksandre Laşkarava hazırda istintaq orqanında olan və istintaq tədbirləri keçirilən dostu ilə birlikdə, Tbilisidə fərqli yerlərdə mopedlə hərəkət halında olub.
Daxili İşlər Nazirliyi, bu mərhələdə ailənin və mərhumun maraqlarına cavab verdiyinə görə, ilkin versiyaları səsləndirməkdən çəkinir.
Hamını qəti olaraq ilkin nəticələrdən çəkinməyə və istintaqı gözləməyə çağırırıq.
Bir daha xatırladırıq ki, 5 iyulda jurnalist Aleksandre Laşkarava-ya qarşı şiddət təhdidi ilə peşə fəaliyyətinə qanunsuz olaraq maneə törətmək, şiddət və şiddət təhdidi ilə təqib və qrup zorakılığı faktları üzrə istintaq davam edir və 4 nəfər saxlanılıb", - bildirib Mamuka Gelidze.
O, Daxili İşlər Nazirliyinin istintaq zamanı vaxtaşırı ictimaiyyətə hərtərəfli məlumat verəcəyini də qeyd edib.
Daxili İşlər Nazirliyindəki brifinqdə, KİV nümayəndələrinə dünən qeydə alındığı bildirilən Laşkaravanın hərəkətinin video görüntüləri də təqdim edilib.


