Baş nazirin istefası tələb olunur
"Azad Demokratlar" İrakli Ğaribaşvilinin istefasını və yeni seçkilərin təyin edilməsini tələb edir.
InterPress.ge xəbər verir ki, "Azad Demokratlar" Partiyasının sədri Tamar Kekenadze TV Pirveli-nin operatoru Lekso Laşkarava-nın ölümünə münasibət bildirib.
“İlk npvbədə Leksonun ailəsinə, həmkarlarına və bütün cəmiyyətə başsağlığı verirəm. Leksonun ölümü tək bir ailənin faciəsi deyil, təəssüf ki, cəzasız və açıq şəkildə təşviq edilən zorakılığın qurbanı oldu.Yalnız konkret olaraq bu işi yerinə yetirənləri cəzalandırmaq kifayət deyil. Gürcüstan hökuməti öz vətəndaşlarını qoruya bilmir, eyni zamanda zorakılığa təşviq edir, bu səbəbdən" Azad Demokratlar" Baş nazir Ğaribaşvilinin rəhbərlik etdiyi hökumətin istefasını və yeni seçkilərin keçirilməsini tələb edir.
Eyni zamanda, açıq və kütləvi şəkildə vətəndaşları zorakılığa çağıran bütün din xadimlərinin və ya digərlərinin məsuliyyəti məsələsi gündəmə gətirilməlidir", - dedi Tamar Kekenadze.


