Operatorun ölümü ilə bağlı istintaq başladıldı
Vake-Saburtalo Polis İdarəsi TV 1-in operatoru Aleksandre Laşkaravanın ölümü ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, müvafiq məhkəmə-tibbi ekspertiza təyin edilək.
"Bu il iyulun 5-də "Tbilisi Pride"a qarşı aksiyanı işıqlandırarkən TV 1-in jurnalisti və operatoru, Aleksandre Laşkaravanın İnqoroğva küçəsində yerləşən “Utancdır” təşkilatının ofisində rəsmi vəzifələri zamanı fiziki və şifahi təcavüzə məruz qaldığını qeyd edirik.
Jurnalistin peşə fəaliyyətinə şiddət təhdidi ilə qanunsuz müdaxilə, şiddət və şiddət təhdidi ilə təqib, qrup halında şiddət faktlarına görə istintaq davam etdirilir və 4 nəfər saxlanılıb", - deyə idarənin yaydığı açıqlamada qeyd edilib.


