11 
Iyl
2021
09:12
896

MagtiCom internetinin nəyə görə düzgün işləmədiyi məlum oldu

MagtiCom-un xidmət infrastrukturuna hücum olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, Mərkəzi Kriminal Polis İdarəsinin Kiber Cinayətlər Şöbəsinin əməkdaşları MagtiCom-a məxsus xidmət infrastrukturuna hücumla bağlı istintaq başladıblar.

"İstintaqla MagtiCom-a məxsus xidmət infrastrukturuna hücum edildiyi məlum oldu.

Hücum xidmət mərkəzlərinin, sabit və mobil internetin düzgün işləməməsinə səbəb olub.

Kompüter məlumatlarının və / və ya kompüter sisteminin qanunsuz istifadəsi və kompüter məlumatlarının və / və ya kompüter sisteminə müdaxilə faktları ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 285 və 286-cı prima maddələri ilə istintaq aparılır", - DİN-in məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər