10 
Iyl
2021
17:17
768

Amiran Qamğrelidze: "Son iki həftənin epidemiya vəziyyəti təhlil ediləcək və..."

"Epidemiya vəziyyəti pisləşir. Artıq demək olar ki, heç bir tövsiyəyə əməl etmirik".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun sözlərinə görə, böyük məclislər keçirilir, məsafə qorunmur və maskadan istifadə edilmir.

"Böyük məclislər keçirilir. İstər əyləncə, istər yas masaları, istərsə də böyük musiqi festivalları olsun müxtəlif məclislərin şəkillərini göndəriblər və burada nə maska taxırlar, nə də ki, məsafəni qoruyurlar. Bu səbəbdən ölkədə infeksiya hallarının artacağı və bəzi tədbirlər görülmədiyi təqdirdə onun qarşısının alınmasının çətinləşəcəyi gözlənilir. Elə buna görə də, nazirlə bu və digər mövzularla bağlı görüş oldu və ehtimal ki, bazar ertəsi-çərşənbə axşamı son iki həftənin epidemiya vəziyyəti təhlil ediləcək və Milli Xəstəliklərə Nəzarət Mərkəzi Koordinasiya Şurasına müxtəlif təkliflər təqdim edəcək. İlk növbədə mövcud qaydaların yerinə yetirilməsinə diqqət yetirməliyik - qapalı yerlərdə maska taxmalıyıq, çox insan toplandığı zaman da açıq məkanda maska taxmaq lazımdır. Məsafəni qoruyaq, sanitariya qaydalarına riayət edək və ən əsası, hazırda ölkədə kifayət qədər peyvənd var və aşılama punktlarına aktiv şəkildə müraciət edək. Nə qədər çox insan aşılansa, epidemiya o qədər tez bitəcək", - Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalına deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər