10 
Iyl
2021
11:09
1053

Son sutkada kovidə yoluxanların sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 364 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 376 200 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 423 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 358 227 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 22 nəfər ölüb və ölənlərin ümumi sayı 5 443 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 33 629 test aparılmışdır. Bunlardan 17 883-ü sürətli antigen testi 15 746-sı isə PCR testidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər