09 
Iyl
2021
21:04
461

Qiorqi Qaxaria: "Dedi-qodu və xaosun vaxtı deyil, əmək vaxtıdır və kimsə bunu edə bilmirsə, cavanlara yol verməlidir"

"Dedi-qodu və xaosun vaxtı deyil, əmək vaxtıdır və kimsə bunu edə bilmirsə, cavanlara yol verməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Qiorqi Qaxaria Martvilidə əhali ilə görüşü zamanı deyib.

"Dedi-qodunun, mitinqlərin, küçədə qaçmağın, xaosun vaxtı deyil, əmək vaxtıdır, kimsə bunu edə bilmirsə, cavanlara yol verməlidir. Bu qədər yaxşı gənc var və bəzən Gürcüstanda kadr probleminin olduğunu deyirlər. Gürcüstanda kadr problemi yoxdur, bunun şahidi mənəm. İstər iqtisadiyyat naziri, istər daxili işlər naziri, istərsə də baş nazir olduğum zamanlarda, insan tapmaqda çətinlik çəkmədim. Əsas odur ki, qohum, qonşu, əmiuşağı axtarmayasan, layiqli, savadlı, vicdanlı bir insan axtarasan. Şübhəsiz tapacaqsan, çünki belə insanlar çoxdur. Kimisi xaricdədir, kimisi buradadır, işini görür və ümumiyyətlə səs-küy istəmir. Sadəcə olaraq insanlar yoruldu, ümidsizlikdən, qeyri-müəyyənlikdən, xaosdan yoruldular", - deyə Qirorqi Qaxaria Martvili sakinləri ilə görüşü zamanı bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər