Gürcüstanda yenidən məhdudiyyətlər tətbiq edilə bilər - Açıqlama
"Koronavirusla bağlı məhdudiyyətlərin daha da azaldılması planlaşdırılmır və halların sayı kəskin şəkildə artarsa, məhdudiyyətlərin sərtləşdirilməsi müzakirə ediləcək".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.
Qamğrelidzenin veb-seminarda dediyinə görə, əlavə məhdudiyyətlər tətbiq etməmək üçün mövcud tövsiyələrə əməl etmək və aşılanmaq lazımdır. Eyni zamanda, Qamğrelidze, məhdudiyyətlərdən bəhs edərkən "bıçaq ağzında gəzirik" deyib.
"Məhdudiyyətlərin azaldılması planlaşdırılmır, amma sərtləşmədən əvvəl hamımız qaydalara, tövsiyələrə və mövcud məhdudiyyətlərə əməl etməliyik. Tövsiyələr bunlardır: maska taxmaq - açıq məkanda maska taxmaq məcburi olmasa da, bir neçə nəfər birlikdə bir yerdə otururuqsa, hamımızın açıq məkanda maska taxmamağımızı məsləhət görürük. Qapalı yerlərdə onsuz da vacibdir. İkincisi məsafədir. Üçüncü tövsiyə isə yığıncaqlardan çəkindirməkdir", - deyib Qamğrelidze.
Onun sözlərinə görə, başqa bir tövsiyə budur ki, seminarlara, konfranslara və bənzər toplantılara yalnız iki dəfə peyvənd olunmuş şəxslərin qatılmasına icazə verilməsidir.
"Həmçinin, tövsiyəmiz şuraya verildi və bir daha səsləndirəcəyik - konfranslar, seminarlar keçirilir və bu yığıncaqlara yalnız iki dəfə peyvənd olunmuş insanları buraxmalıyıq. Bunlar digər ölkələrdə həyata keçirilir və buna öyrəşməliyik. Heç kim seminarların keçirilməsinin əleyhinə deyil. Seminarlarda hər kəs maska taxmalıdır, məsafə qorunmalıdır, ən vacib tövsiyə isə seminar iştirakçılarının, seminarı planlayanların və seminarı keçirənlərin əvvəlcədən peyvənd olunmasıdır. Əgər bu tövsiyələrə əməl etsək və aşılansaq, yeni məhdudiyyətlər tətbiq etməli olmayacağıq, amma halların sayı kəskin şəkildə artsa, Xəstəliklərə Nəzarət Mərkəzi bu məsələni şura qarşısında qaldıracaq" ,- bildirib Amiran Qamğrelidze.


