Tütünlə bağlı yeni qayda qüvvəyə minəcək - Bu qadağan olunacaq...
31 dekabr 2022-ci ildən etibarən hər növ tütün qutuları eyni görünüşə sahib olacaq və marka, loqo və digər bənzəri şeylər qadağan olunacaq.
InterPress.ge xəbər verir ki, müvafiq tələb "Tütünə nəzarət haqqında" qanun layihəsində, xüsusilə tütün məhsullarının qablaşdırılması və dizaynı ilə əlaqəli 6-cı maddənin yarımbəndlərində əks olunub.
Yenilik, bütün növ tütünün qutularında marka, loqo, işarə və ya digər bənzəri şeylərin istifadəsinin qadağan ediləcəyini nəzərdə tutur. Markaların adları qutuya yalnız eyni, standart şriftlə yazılmalıdır. İstehsal ölkəsi də göstərilməlidir.
"Tütün məhsullarının qablaşdırılmasında (qutu, blok, konteyner və s.) və dənələrində markanın, loqonun və digər bənzəri işarənin istifadə edilməsi qadağan ediləcək. Tütün məhsullarının (qutu, blok, konteyner və s.) qablaşdırılmasında hər hansı bir yazı vahid, standart şriftlə, Gürcüstanın dövlət dilində göstərilməlidir, həmçinin istehsal olunduğu ölkə qeyd edilməlidir. Eyni zamanda, filtrli siqaretlərin, filtrsiz siqaretlərin, papirosların, siqarların və siqarillərın üzərinə hər hansı bir yazı yazılması qadağandır", - qanun layihəsində yazılıb.


