23 
Apr
2020
09:34
1177

Gürcüstanda ilk dəfə koronavirus xəstəsi evdə müalicə olunur

"Gürcüstanda artıq evdə koronavirusdan müalicə olunan bir xəstəmiz var".

InterPress.ge xəbər verir ki, bunu "Rustavi-2" televiziya şirkətinin efirində Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktor müavini Paata İmnadze bildirib.

"Artıq evdə müalicə olunan bir xəstəmiz var. İndiyə qədər bu barədə danışmamışıq. O, uşağı ilə birlikdə yaşayır, hansi ki, artıq virus ötürüb.", - İmnadze dedi.

Qeyd edək ki, daha əvvəl, Gürcüstan Səhiyyə Nazirliyi, yoluxmuş insanların sayının artması ilə, ölkədə asimptomatik xəstələr və ya yüngül koronavirus şəklində olan xəstələrin evdə müalicə ediləcəyi zaman bir modelin fəaliyyətə başlayacağını açıqlamışdı. Onlara həkimlər tərəfindən mütəmadi olaraq telefonla məsləhətlər ediləcəkdir.

Bizimlə əlaqə saxlayın