09 
Iyl
2021
11:37
359

Qoridə avtomobili yandırdığına görə bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon Şöbəsinin əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində 1970-ci il təvəllüdlü K.B.-nı Qoridə əşyaya od vuraraq zədələmək və ya məhv etmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

"İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs bu il iyulun 8-də Qori şəhərindəki küçələrdən birində, eyni avtomobilin sahibi M.K. ilə mübahisə zəminində avtomobili yandırıb.

Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin "a" yarımbəndi ilə istintaq davam etdirilir ki, bu da əşyaya od vuraraq zədələmək və ya məhv etməyi nəzərdə tutur.

Cinayət üç ildən beş ilədək həbs cəzası nəzərdə tutur", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər