Kilsədən oğurluq edən iki nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Saqareco Rayon Şöbəsinin əməkdaşları oğurluq ittihamı ilə 2000-ci il təvəllüdlü M.Q.-nı saxlayıblar. Saxlanılan şəxsin azyaşlı qardaşı - 2004-cü il təvəllüdlü L.Q.-da eyni cinayəti törətdiyinə görə ifşa olunub.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
"İstintaq müəyyən etdi ki, qardaşlar - M.Q. və L.Q. cari ilin 7 iyul tarixində, Saqareco bələdiyyəsinin Xaşmi kəndində yerləşən Müqəddəs Qiorqi adına kilsədən müxtəlif əşyalar oğurlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin "A" yarımbəndi və 3-cü hissəsinin "A" yarımbəndi ilə aparılır, bu da əvvəlcədən razılaşaraq qrup tərəfindən xeyli ziyana səbəb olan oğurluq hadisəsini nəzərdə tutur", - DİN-in məlumatında qeyd olunub.


