Marneulidə qanunsuz balıq ovu aşkarlandı
Ətraf Mühitə Nəzarət Departamentinin Kvemo Kartli Regional Bölməsinin əməkdaşları 9 qanunsuz balıq ovu hadisəsi aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühitə Nəzarət Departamenti yayır.
"Rustavi şəhərində, eləcə də Marneuli Bələdiyyəsinin Aşağı Saral kəndində və Calka Bələdiyyəsinin Sağdrioni və Darakov kəndlərinin yaxınlığında, vətəndaşlar qadağan olunmuş vaxtda, qadağan olunmuş vasitələrlə - torla balıq tutmağa çalışıblar.
Bütün faktlarda cinayət əməli əlamətləri olduğu üçün materiallar müvafiq quruma göndəriləcək.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları, 2021-ci il yanvarın 1-dən iyunun 30-dək 204 qanunsuz balıq ovu, o cümlədən cinayət əməli əlamətləri olan 56 fakt aşkar ediblər", - məlumatda qeyd olunur.


