Qoridə yanacaqdoldurma məntəqəsində yanğın baş verdi - Üç nəfər yaralandı
Qori şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yanğın tankerə 20 tonluq maye qaz anbarından qaz yükləndikdə baş verib.
Yanğın qısa müddətdə söndürülüb, hadisə yerində iki yanğınsöndürmə briqadası və xilasetmə xidmətləri çalışıb.
Hadisə zamanı tankerin sürücüsü də daxil olmaqla üç nəfər yaralanıb.
Yaralılar yanıq xəsarətləri ilə Qori Tibb Şəbəkəsi "Qormedi"yə aparılıb. "Qormedi" tibb mərkəzindən verilən məlumata görə, ikisinin vəziyyəti ağırdır və Tbilisidəki yanıq mərkəzinə aparılacaqlar.
"Üç pasiyent gətirildi, üçünün də fərqli bədən xəsarətləri var. Onlardan birinin vəziyyəti yüngüldür, digər iki pasiyentin bədənlərində çoxsaylı yanıqlar var və onları Tbilisidəki Milli Yanıq Mərkəzinə köçürmək planlaşdırılır", - deyə "Qormedi" şəbəkəsinin klinik direktoru Xatuna Şrubi bildirib.


