08 
Iyl
2021
14:39
1474

Mal-qara sahiblərinə şad xəbər: Buna görə dövlətdən təzminat alacaqlar

Mal-qarasına qarayara düşən fermerlər, dövlətdən maddi kompensasiya alacaqlar.

InterPress.ge xəbər verir ki, Gürcüstan Hökumətinin sözügedən qərarı artıq qüvvəyə minib və dövlət 2022-ci ildən təzminat verməyə başlayacaq.

Dəyişiklik Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Milli Qida Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının birgə işi nəticəsində mümkün olub.

Qərara əsasən, 2022-ci il yanvarın 1-dən etibarən mal-qarası qulaq etiketləri ilə müəyyənləşdirilən fermerlər qarayara xəstəliyinə tutulmuş mallara görə təzminat ala biləcəklər; Heyvan və fermer haqqında məlumatlar heyvan identifikasiyası-qeydiyyatının elektron sistemində qeydiyyata alınmışsa və fermer heyvanı peyvənd etdirməkdən imtina etməyibsə bu mümkün olacaq. Ayrıca, təzminat almaq üçün heyvanın sahibi / qulluqçusu borcludur: heyvanın yoluxma və ya ölüm halında dərhal Milli Qida Agentliyini məlumatlandırmaq və müvafiq epidemioloji işlərin keçirilməsini tələb etmək.

Bu cür bildirişi aldıqdan sonra Milli Qida Agentliyi vəziyyəti yerində araşdıracaq, nümunələr götürəcək və bələdiyyə orqanının nümayəndələri ilə birlikdə ölmüş heyvanın lazımi qaydada məhv edilməsini təmin edəcəkdir. Kompensasiya almaq üçün qarayara xəstəliyi laboratoriyada təsdiqlənməlidir.

Qarayara (Sibir xorası) otla qidalanan ev və çöl heyvanları yoluxan təhlükəli bir yoluxucu xəstəlikdir. İnsanlar da qarayara xəstəliyinə yoluxa bilirlər və həkimlə məsləhətləşmənin təxirə salınması halında nəticə ölümcül olur. İnsanlar əsasən xəsta heyvanı kəsdikdə, heyvanın ətini istifadə etdikdə yoluxurlar. Qarayara sporu torpaqlarda əsrlər boyu davam edir və müvafiq şəraitdə aktivləşir.

Bu səbəbdən xəstəlik hallarının vaxtında aşkarlanması və əlaqədar qurumların məlumatlandırılması vacibdir. Yeni bir xəstəliyin ortaya çıxması xəstə heyvanın kəsilməsi, ölmüş heyvanın parçalanması, mal-qaranın leşinin atılması ilə şərtlənir.

“Yeni strategiyanın iki vacib hədəfi var. Birincisi, fermerlərin heyvanların xəstə olduğunu gizlətməməsi, bunun kompensasiya ilə baş tutacağına inanırıq və ikincisi - qarayara xəstəliyi nəticəsində dövlətə və fermerlərə dəyən böyük ziyanı azaltmaq", - deyə heyvan identifikasiyası-qeydiyyatı proqramının rəhbəri Mixeil Soxadze söyləyib.

Onun sözlərinə görə, hazırda kompensasiya mexanizmi və maliyyə təzminatı meyarlarının hazırlanması prosesi davam edir.

Bu dəyişikliklə, Milli Qida Agentliyi və donor təşkilatlar, xəstəliklərə nəzarət etmək və aradan qaldırmaq üçün lazımlı tədbirlər zəncirini birləşdirən yeni bir strategiyası hazırlayıblar. Strategiya heyvanların identifikasiyası-qeydiyyat proqramı çərçivəsində həyata keçiriləcək.

Layihə Avstriya və İsveçrə hökumətləri tərəfindən dəstəklənir və Aİ ilə hərtərəfli ticarət razılaşmasının vacib bir hissəsidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər