Vəzifəsindən sui-istifadə etdiyinə görə bir nəfər saxlanıldı
Maliyyə Nazirliyinin İstintaq Xidməti vəzifəsindən sui-istifadə etdiyinə görə bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır.
İdarədən verilən məlumata görə, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin Samçxe-Cavaxetiya şöbəsinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, vəzifəsindən sui-istifadə faktı ilə əlaqədar Veteranlar İşləri üzrə Dövlət Xidmətinin Regional İdarəetmə Departamentinin Samçxe-Cavaxetiya şöbəsinin rəhbərini saxlayıblar.
"İstinaq, təqsirləndirilən şəxsin qanunsuz maddi fayda əldə etmək üçün dövlətin qanuni mənafelərinə məhəl qoymadan vətəndaşa Axalçixe şəhərində yerləşən Veteranlar İşləri üzrə Dövlət Xidmətinin nəzdindəki ofis sahəsini kirayə verdiyin və müqabilində 1000 lari pul aldığını müəyyənləşdirdi.
Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin birinci hissəsi ilə istintaq aparılır, bu da 3 ilə qədər həbs cəzası nəzərdə tutur", - deyilir məlumatda.


