22 
Apr
2020
21:07
3490

144 qaynar xəttində yaranan problemlə bağlı açıqlama verilib

"Sizdən çox xahiş edirəm fövqəladə vəziyyət barəsində yalnız 144-ə, 112-ə isə, təcili hallar üçün zəng edin".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin məsləhətçisi, İrakli Çikovani hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Çikovaninin dediyinə görə, 144 qaynar xəttinə dünən 260 mindən artıq zəng daxil oldu və əngəllər yarandı.

“Biz yaxşı başa düşürük ki, tənzimləmələrin qüvvəyə minməsinin ilk günləri xüsusi yüksək fəallıq var və bununla qarşılaşmağa hazırıq. Bir daha hamıdan hansısa formalı əngəllərə görə üzr istəmək istəyirəm, lakin bu xətt işini davam etdirir və biz vətəndaşlara məhdudiyyətlər barəsində maksimal malumat ötürəcəyik.

Xüsusilə qeyd etmək istəyirəm, vətəndaşlarımız 144-dən məlumat ala bilməyəndə 112-ə müraciət edirlər. Siz bilirsiniz ki, 112 ölkədə xüsusi hallar üçün fəaliyyət göstərir. Qeyd olunan qaynar xətt onun üçündür ki, vətəndaşlarımız buraya zəng edərkən onlar polis ilə əlaqə saxlamaq istəyirlər və onlara təcili tibbi yardım lazımdır. Sizdən çox xahiş edirəm fövqəladə vəziyyət barəsində yalnız 144-ə, 112-ə isə, təcili hallar üçün zəng edin”, – Çikovani bildirib.

Bizimlə əlaqə saxlayın