08 
Iyl
2021
11:45
543

Gürcüstanlı tələbələr Türkiyənin Hava Limanında qalıblar

Türkiyədə qalan 19 tələbə kömək istəyir.

InterPress.ge xəbər verir ki, tələbələr səhər 9-dan etibarən İstanbul Sabiha Gökçen Hava Limanındadırlar.

Gürcü tələbələr Türkiyədən keçərək Almaniyaya uçmalı idilər, lakin 20 dəqiqə əvvəl hava limanında vizalarının olmadığını və Almaniyaya gedə bilməyəcəklərini söyləyiblər.

Tələbələr, xüsusi şirkətlərdən iş dəvətləri daxil olmaqla hər cür sənədlərə sahib olduqlarını bildiriblər. Hava limanında onlarla kobud və aqressiv davranıldıqlarını və öz ölkələrinə qayıtmalarını söylədiklərini deyiblər.

"Türk Hava Yolları problem yaratdı, uçuşdan əvvəl vizamız olmadığına görə gedə bilməyəcəyimizə dair problemlə qarşılaşdıq. 19 tələbəyik, Almaniyaya yay işi üçün gedirdik, bütün sənədlərimiz var. Çantalarımızı əvvəlcədən vermirdilər, biletlərimizi ləğv etdilər, beləcə otururuq, pulumuzu da qaytarmadılar, səfirliyə yazdıq, amma indiyə qədər heç kim bizimlə əlaqə saxlamadı", - deyə tələbələrdən Davit Gadaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər