08 
Iyl
2021
10:30
694

"Oğru dünyası" ilə əlaqədə olmaq ittihamı ilə bir neçə nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları Qoridə "Oğru dünyası" ilə əlaqədə olmaq ittihamı ilə bir neçə nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, xüsusi əməliyyat bir neçə saat əvvəl həyata keçirilib.

Məlumata görə 5 nəfər saxlanılıb.

"Oğru dünyası"na üzv olmaqda təqsirləndirilən şəxslərin vəkili Nino Şavşişvilinin verdiyi məlumata görə, təqsirləndirilənlər "Oğru dünyası"na üzvlüyü inkar edir və ittihamla razılaşmırlar.

Şavşvişvilinin dediyinə görə, onun himayəsində olan şəxslər Rustavi məhkəməsinin qərarı əsasında saxlanılıblar və Gürcüstan Cinayət Məcəlləsinin 223-prima maddəsi ilə istintaq aparılır, bu da "Oğru dünyası"na üzv olmağı nəzərdə tutur.

Xüsusi əməliyyat Daxili İşlər Nazirliyinin Şida Kartli və Kvemo Kartli Polis Departamentinin ortaq qüvvələri tərəfindən həyata keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər