07 
Iyl
2021
13:13
274

Ğaribaşvili: "Bu gün keyfiyyətli tibbi xidmətə çıxış problemi var"

Səhiyyə xidmətlərinə çıxış hökumətimizin əsas prioritetlərindən biridir. 2012-ci ildən bəri bir sıra, onlar arasında ümumdünya səhiyyə islahatı, hepatit C- nin aradan qaldırılması proqramı da daxil olmaqla uğurlu layihələr həyata keçirdik.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili qeyd edib.

Baş nazirin sözlərinə görə, bu sahədə çox işlər görülsədə, atılması lazım olan bir çox addım var.

"Biz hakimiyyətə gələndə, o zaman əsas problemlərdən biri səhiyyə xidmətinə çıxış idi. Bu gün keyfiyyətli tibbi xidmətə çıxış problemi var. Bu məqsədlə nazir öz komandası ilə fəal işləyir. On illik inkişafın ilkin sənədini hazırladıq. Eka xanımdan bu gün bir təqdimat etməsini, hökumətin ümumiyyətlə bu sistemin inkişafı ilə bağlı ətraflı danışmasını istərdim. Əlbətdə ki, bu prosesdə iştirakınız son dərəcə vacibdir və bu prosesdə fəal iştirak etməyinizi xahiş edirəm. Bizim vəzifəmiz bir neçə ay daha birlikdə işləmək və nəticədə inkişafımız üçün sənəd hazırlamaqdır"- dedi Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər