07 
Iyl
2021
12:52
212

Bolnisidə şərab festivalı baş tutub

Bolnisi bələdiyyəsində şərab festivalı baş tutub.

InterPress.ge xəbər verir ki, Parlament üzvü Qoqi Meşveliani Bolnisi şərabının təbliğatı məqsədilə baş tutan "Bolnisi - qızılrəngli şərab şəhəri, Bolnisi şərabını kəşf et" adlı festivalda iştirak edib.

Festival çərçivəsində Bolnisi şərabının təqdimatı baş tutdu və beynəlxalq standartlarla qiymətləndirilmiş 29 növ şərab təqdim edilmişdi.

Tədbirə Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Hubert Knirş, Bolnisi, Dmanisi, Tetricğaro və Çalka bələdiyyəsinin majoritar millət vəkili Qoqi Meşveliani, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Bolnisi bələdiyyəsinin meri David Şerazadaşvili və Bolnisinin baş episkoposu Efrem qatılmışdı.

"Bolnisi- qızıl rəngli şəhər" festivalı şərabçılar birliyi "Bolnisi şərabı" nın və " Bolnisi aqro mərkəzi"- nin təşkilatçılığı ilə və Bolnisi bələdiyyəsinin və "Aremgi" şirkətinin dəstəyi ilə baş tutdu.

Bizimlə əlaqə saxlayın