07 
Iyl
2021
11:57
263

Baş nazir həkimlərə təşəkkür etdi

"Bütün hökumət adından hörmətli, fədakar həkimlərimizə göstərdikləri qəhrəmanlığa görə təşəkkür edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyinin 10 illik planı "Əlçatımlı və keyfiyyətli səhiyyə, sosial rifah və layiqli iş mühiti 2030"un təqdimatında bəyan edib.

Baş nazirin sözlərinə görə, kovid pandemiyası Gürcüstan və dünya üçün əsas problemlərdən biri olub və bu müddətdə gürcü həkimlər heyrətamiz qəhrəmanlıq, fədakarlıq və yüksək peşəkarlıq göstəriblər.

"Sizin qarşınızda durmaq mənim üçün böyük şərəfdir. Əvvəlcə hər şey üçün səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Qəhrəmanlıqlarına görə hörmətli, fədakar həkimlərimizə bir daha bütün hökumət adından təşəkkür edirəm. Gördüyünüz işlər vətəndaşlarımız üçün əvəzsizdir. Bildiyiniz kimi, kovid pandemiyası təkcə ölkəmiz üçün deyil, həm də bütün dünya üçün əsas problemlərdən biri idi və bu müddətdə heyrətamiz qəhrəmanlıq, fədakarlıq və yüksək peşəkarlıq göstərdiniz, bunun üçün bir daha təşəkkür edirəm", - İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın