07 
Iyl
2021
11:29
307

Milli Qida Agentliyinin əməkdaşı rüşvət aldığına görə saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin İmereti və Raca-Leçxumi şöbəsinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində rüşvət almaq faktı ilə əlaqədar Milli Qida Agentliyinin İmereti Regional Bölməsinin əməkdaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı İstintaq Xidməti yayır.

“İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs rüşvət müqabilində vətəndaşa kəsim məntəqəsi üçün qanunla nəzərdə tutulmuş məcburi baytarlıq-sanitariya prosedurlarından keçmədən, ət məhsulunun yararlılığını yoxlamadan saxta baytarlıq şəhadətnaməsi verib.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 338-ci maddəsinin birinci hissəsi ilə istintaq davam edir”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər