07 
Iyl
2021
11:17
411

Ğvareli bələdiyyəsində güclü külək evlərə ziyan vurdu

Ğvareli Bələdiyyəsinin Axalsopeli kəndində onlarla ev güclü külək səbəbindən damsız qalıb.

InterPress.ge xəbər verir ki, bələdiyyənin xüsusi komissiyası zərər görən ərazidədir və səhər saatlarından bəri ziyanın miqdarını hesablayırlar.

Məhz siyahıyaalmadan sonra zərərçəkənlərə hansı formada kömək ediləcəyinə qərar veriləcək.

Ötən gecə güclü külək damları zədələməklə yanaşı, çoxillik ağacları da kökündən çıxarıb. Yol qısa müddət ərzində müvafiq xidmətlər tərəfindən təmizlənib.

Elektrik xətləri zədələnib və kənd işıqsız qalıb. "Energo-Pro Georgia"nın texniki xidməti problemi həll etmək üçün çalışır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər