06 
Iyl
2021
22:45
426

Mərkəz rəhbəri Koordinasiya Şurasına təklif edilən tövsiyədən danışdı

"Koronavirus hallarının artması yeni ştammların hesabına baş verir".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, Avropada Hindistan ştammının dövriyyəsi tədricən Britaniya ştammının dövriyyəsini əvəz edir.

Qamğrelidzenin qeyd etdiyinə görə, bunun fonunda epidemioloji vəziyyətin pisləşməsi riskləri çox ciddidir və buna görə ehtiyatlı olmaq lazımdır.

Onun dediyinə görə, Koordinasiya Şurasının üzvlərinə yay aylarında konfrans və toplantılar zamanı yalnız iki dəfə peyvənd olunmuş insanlara icazə verilməsi tövsiyəsi verilib.

“Əlbətdə ki, epidemioloji risklər ciddidir. Bildiyiniz kimi, yeni koronavirus hallarının artması yeni ştammların hesabına baş verir. Avropada Hindistan ştammının dövriyyəsi tədricən Britaniya ştammının dövriyyəsini əvəz edir. Proqnozlaşdırıldığına görə, avqustun ortalarına qədər demək olar ki, Britaniya ştammını əvəz edəcək. Buna görə çox diqqətli olmalıyıq.

Bugünkü tövsiyələrimizdən biri yayda əgər konfranslar, yığıncaqlar keçiriləcəksə, yalnız iki dəfə aşılananlara icazə verilməsidir. Ayrıca otelin təhlükəsiz olması üçün otel işçilərinin iki dəfə peyvənd edilməsi lazımdır, yığıncağın, konfransın keçirildiyi otel ərazisində mütləq iki dəfə peyvənd olunmuş insanlar olmalıdır. Bu gün virusun yayılmasının qarşısını almağın əsas yolu peyvənddir. Vəziyyətin daha da pisləşməsini istəmiriksə, əhali mümkün qədər aşılanmalıdır. Bu gün ölkədə peyvənd çatışmazlığı yoxdur", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər