Tbilisidə yenidən vəziyyət gərginləşdi - Çoxlu sayıda polis cəlb olundu
Rustaveli prospektində, parlament qarşısında vəziyyət gərginləşib.
InterPress.ge xəbər verir ki, "Tbilisi Pride"ın əleyhdarları yenə də parlament qarşısında dinc, səssiz aksiyaya daxil olmağa çalışırlar, ancaq polislər tərəfindən icazə verilmir.
Polislər canlı zəncirlə vəziyyəti təsirsiz hala gətirməyə çalışırlar. Onlar polislə fiziki olaraq qarşı-qarşıya gəliblər.
Eyni zamanda, "Tbilisi Pride"ın rəqiblərinin sayı da artıb. Dinc nümayişçilərə müxtəlif əşyalar atmağa çalışırlar.
Rustaveli prospektində iki əks aksiya keçirilir. Aksiyada müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Dünən "Ləyaqət marşı" keçirə bilməyən "Tbilisi Pride"ın təmsilçiləri də aksiyaya qatılıb. Eyni zamanda, Quram Palavandişvili, onun tərəfdarları və "Tbilisi Pride"ın digər müxalifləri Rustaveli prospektindəki Kaşveti kilsəsi yaxınlığında aksiya keçirirlər.


