06 
Iyl
2021
14:47
429

Gürcüstanın Mədəniyyət naziri azərbaycanlı həmkarı ilə görüşdü

Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanın mədəniyyət naziri Tea Çulukiani ilə baş tutan görüşdə qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan-Gürcüstan mədəni əməkdaşlığının yeni səhifəsi açılacaq.

Kərimov gürcü həmkarı ilə görüşün səmərəli olduğunu qeyd etdi.

"Görüşdə hər iki ölkənin mədəni irsinin qorunması, muzeylər, kino, yaradıcılıq sənayesi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq"- bildirilir.

Nazir Gürcüstana rəsmi səfərinin iki ölkə arasındakı əlaqələri gücləndirəcəyinə ümidvar olduğunu bildirdi.

Tərəflər Qırmızı Körpü abidəsinin yenidən qurulmasını da müzakirə etdilər. Tea Çulukiani qeyd edib ki, Qırmızı Körpü həm Gürcüstanın, həm də Azərbaycanın mədəni irsinin bir abidəsidir. Körpünün mühafizəsi və bərpası işləri elə aparılmalıdır ki, hər iki ölkə işin nəticəsindən razı qalsın.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər