05 
Iyl
2021
21:30
1052

Gürcüstanda qarşıdakı günlərdə havanın şəraiti necə olacaq?

Gürcüstanın bəzi yerlərində 9 iyula qədər qısamüddətli yağış yağacaq və şimşək çaxacaq, bəzi yerlərdə dolu və güclü külək ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturu gün ərzində +27, +32 dərəcə, Şərqi Gürcüstanın aran bölgələrində iyulun 6-da +33, +38 dərəcə isti olacaq, sonrakı günlərdə 4-5 dərəcə enəcək.

Bu gün Tbilisidə yağmursuz və küləkli hava davam edəcək. İyulun 6-dan axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. İyulun 6-da havanın temperaturu +35, +37 dərəcə olacaq, sonra nisbətən soyuq olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər