Gürcüstan Prezidenti bu gün baş verənləri qınadı
Şiddət qəbuledilməzdir, mövcud hadisələri və zorakılığın istənilən formada təzahür etməsini, fərqli fikirdə və ya cinsiyyət kimliyinə görə insanların təqib olunmasını qınayıram.
InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanat verir.
Zurabişvilinin fikrincə, hər kəs öz fikrini sərbəst ifadə etmək hüququna malikdir.
Eyni zamanda, Salome Zurabişvili hər kəsi Konstitusiya çərçivəsində hərəkət etməyə və radikal hərəkətlərlə şiddətə təhrik etməməyə çağırır.
"Şiddət qəbuledilməzdir, mən mövcud hadisələri və şiddətin istənilən formada təzahür etməsini, fərqli fikirlərə və ya cinsiyyət kimliyinə görə insanlara edilən zülmü qınayıram. Hər kəsin konstitusiya hüququndan istifadə etmək və fikirlərini sərbəst ifadə etmək hüququ vardır!
Hər kəsi konstitusiya çərçivəsində hərəkət etməyə və radikal hərəkətlərlə şiddətə təhrik etməməyə çağırıram"- Salome Zurabişvili.
Bundan əlavə, Salome Zurabişvili qeyd edir ki, media nümayəndələrinə qarşı zorakılıq və peşə fəaliyyətinə maneə törətmək, ictimai təşkilatların ofislərinə müdaxilə və hücumlar qəbuledilməzdir.
"Hər kəsi təmkinli olmağa, əlaqədar qurumları ictimai asayişin qorunmasını təmin etməyə və hər hansı bir zorakılıq hadisəsinin qarşısını almağa çağırıram!"
Radikal hərəkətləri təbliğ edən, cəmiyyəti qütbləndirən, mübahisələrə səbəb olan, ölkəyə ziyan vuran, dövlətin sabitliyini təhdid edən hər hansı bir hərəkətə təhrik etmək qəbuledilməzdir!"- Gürcüstan Prezidenti.


