05 
Iyl
2021
16:37
282

Xarici vətəndaşı yaraladığına görə bir nəfər saxlanıldı

Tbilisidə xarici vətəndaşa xəsarət yetirdiyinə görə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Q.X.-ni isti təqib nəticəsində qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

“İstintaq bu il iyulun 5-də Tbilisidə, K. Xetaqurov küçəsində Q.X.-nın xarici ölkə vətəndaşı G.K.-ya qəfildən hücum etdiyi və soyuq silahla bədəninə xəsarət yetirdiyini müəyyənləşdirib. Yaralı kişi təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb .Q.X. hadisə yerində saxlanılıb. Saxlanılan şəxsin ailə üzvlərinin dediyinə görə, onun psixi problemləri var.

Polis cinayətin silahını - bıçağı sübut kimi ələ keçirdi", - deyilir məlumatda.

İdarədən verilən məlumata görə, qəsdən adam öldürməyə cəhdlə bağlı Cinayət Məcəlləsinin 19-108-ci maddələri ilə istintaq davam edir.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər