05 
Iyl
2021
15:34
408

"Tbilisi Pride"ın "Ləyaqət marşı" bu gün keçirilməyəcək

"Tbilisi Pride"ın "Ləyaqət marşı" bu gün keçirilməyəcək.

InterPress.ge xəbər verir ki, "Tbilisi Pride" bu barədə açıqlama yayıb.

Bəyanata görə, vətəndaş cəmiyyətinə, demokratik dəyərlərə və ölkənin Avropa kursuna qarşı müharibə elan edilib.

"Ölkə hökumətinin bugünkü hərəkətləri bir daha açıq şəkildə ortaya qoydu ki, siyasi hakimiyyət birbaşa vəzifələrini yerinə yetirmək istəmir. Baş nazir İrakli Ğaribaşvilinin məsuliyyət və təcavüzkar vektorları fəallara ötürdüyü utancverici, zorakı, dövlət əleyhinə və Qərb əleyhinə bəyanatı, siyasi hökumətimizin, Gürcüstan Patriarxlığının və Rusiyapərəst qrupların koordinasiyalı zorakı, təşviqedici və Rusiya siyasətinin davamıdır. İcraçı hakimiyyətinin hərəkətsizliyi Gürcüstan vətəndaşlarının sağlamlığını və həyatını real təhlükə ilə üz-üzə qoydu.

Daxili İşlər Nazirliyi, prayd həftəsi iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün hər cür fürsətə sahib olsa da, insanların fundamental hüquqlarını qorumaq üçün təsirli bir tədbir görmədi. "Tbilisi Pride"ın üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və diplomatik korpus Daxili İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdilər. Fəaliyyət strategiyamızdan xəbərdar idilər, yürüşün təhlükəsizliyini təmin etmək üçün onlara xüsusi planlar təklif edilmişdi, ancaq təsirli tədbirlər yerinə, səhər saatlarından bəri hakimiyyət nümayəndələri tərəfindən zorakı qrupların təşviq edilməsini izləyirik.

Məhz bu hərəkətsizlik və nifrət qruplarının siyasi güc vasitəsi kimi istifadəsi, Tbilisi Pride və "Utancdır" hərəkatının ofislərinə basqınlara səbəb oldu və polis qarşısında jurnalistlərə zorakılıq edirdilər, bu peşə vəzifələrinə mane olmaqdan daha çoxdur, bu, bərabərlik ideyasına inananların hamısı üçün, media üçün, fəallar üçün elan edilmiş bir ovdur.

Mövcud hadisələri nəzərə alaraq, Daxili İşlər Nazirliyinin öz vəzifələrini lazımi səviyyədə yerinə yetirməsini gözləmirik, çünki qarşısında duran zorakılıq faktlarına cavab vermədiklərini görürük, indi şahidi olduğumuz böyük nifrət dalğası hökumət və patriarxlıq tərəfindən ilhamlanır və dəstəklənir.

Beynəlxalq ictimaiyyəti, müxalifət partiyalarını, qeyri-hökumət təşkilatlarını, tərəfdarları və Gürcüstan vətəndaşlarını radikal nifrət qruplarından və dövlətin tamamilə qeyri-dövlət hərəkətsizliyi siyasətindən açıq şəkildə uzaqlaşmağa çağırırıq.

"Tbilisi Pride" adından bildirmək istərdik ki, #Həmrəyliküçün "Ləyaqət yürüşü" bu gün baş tutmayacaq. Hakimiyyət həm icmanın və tərəfdarlarımızın təhlükəsizliyini təmin etmədi, həm də fəal hərəkətlərlə toplaşmaq hüququmuzdan istifadə etməyimizin qarşısını aldı. Hakimiyyətin, patriarxlığın və rusiyapərəst qüvvələrin dəstəklədiyi zorakılarla dolu küçələrə çıxa bilmirik və insanların həyatını riskə ata bilmərik!

Tərəfdarlarımıza ləyaqət üçün mübarizənin davam edəcəyini, nifrət qruplarının, patriarxlığın və hakimiyyətin geniş müqavimətinə baxmayaraq bu çevirilməz proses davam edəcək və bitməyəcək! Mütləq ləyaqət üçün çıxacağıq!”, - bəynatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər