Roman Qoçiridze: "İrakli Ğaribaşvili dərhal istefa etməlidir"
"İrakli Ğaribaşvili dərhal istefa etməlidir - o Baş nazir deyil, Bidzina İvanişvilinin tərəfdarı və icraçısıdır".
InterPress.ge xəbər verir ki,bu barədə parlamentin növbədənkənar iclasının çağırılmasını tələb edən müxalifətçi millət vəkili Roman Qoçiridze açıqlama verdi.
Qoçiridze, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun öz ölkələrinin hökumətinə obyektiv məlumat verməli olduqlarını söyləyir.
Qoçiridzenin bildirdiyinə görə, Gürcüstan hökuməti üzvlərinə və şəxsən Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyin vaxtı gəldi.
“Baş nazir təxribatçı, təcavüzkar və cinayətkardır. Onun açıqlaması bu gün Tbilisi küçələrində baş verən barbar hərəkətlərə bir təşviq idi. Baş nazir, bir qrupun nail olmağa çalışdığı konstitusiya hüququnun reallaşdırılmasının Birləşmiş Milli Hərəkat və Mixail Saakaşvili tərəfindən təşkil edildiyini söyləyir. Bu, əxlaqsızlıq deyil, birbaşa cinayətdir"- dedi Roman Qoçiridze.


