05 
Iyl
2021
13:56
873

Avtomobillərdə bu qadağan edilə bilər

Taksi və avtomobillərdə tütün istifadəsi qadağan edilə bilər.

InterPress.ge xəbər verir ki, Business Press News bu barədə aprel ayında yazmışdı.

Qeyd olunan təşəbbüs "Tütün Nəzarəti haqqında" Gürcüstan qanununun icra vəziyyətinə dair Parlament tərəfindən yayımlanan bir qərarda elan edilmişdi.

Sənəddə qeyd edildiyinə görə, anketlərdən və şifahi dinləmə zamanı alınan məlumatlardan bir neçə mühüm vəziyyət ortaya çıxıb. Digər məsələlərlə yanaşı, Parlamentin qərarında taksilərdə və avtomobillərdə yetkinlik yaşına çatmayanların iştirakı ilə tütündən istifadəyə qadağa qoyulmasının müzakirə edilməsinin vaxtının gəldiyi bildirilir və bunun tətbiq edilməsi tütünə nəzarət tədbirlərini gücləndirəcək.

Milli Xəstəliklərə Nəzarət Mərkəzinin yoluxucu olmayan xəstəliklər şöbəsinin müdiri Lela Sturua, radio "Palitra" və "Palitranius"un "İş" verilişində təşəbbüsün nə vaxt qanuna çevriləcəyindən danışıb.

"Milli Xəstəliklərə Nəzarət Mərkəzi, həm tütün istifadəsini məhdudlaşdıran, həm də passiv istifadəyə dair hər hansı bir qanun və ya qanun layihəsini tam şəkildə dəstəkləyir. Üstəlik Mərkəz bu qanunlar üzərində işləyir. Araşırma aparılıb və siqaret çəkən əhali də taksi və avtomobillərdə tütün istehlakının qadağan edilməsinin tərəfdaşıdır. Biz, səhiyyə sistemi və yəqin ki, səhiyyə komitəsi bu təşəbbüsün qanuni və lazımlı şəkildə həyata keçirilməsi üçün səylərimizi əsirgəməyəcəyik", - dedi Sturua.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər