05 
Iyl
2021
13:09
760

Gürcüstanın Baş nazirinə xəbərdarlıq edildi

"Uşaq Hüquqlarını Müdafiə Cəmiyyəti"nin sədri Baş nazir İrakli Ğaribaşviliyə müraciət edib.

InterPress.ge xəbər verir ki, Quram Palavandişvili yürüş dağıldıqdan sonra Baş nazirin ofisinə gedəcəyi ilə hədələyib.

"Əgər haradasa elan olunsa və öyrənsək, qüvvələrimizin yarısını ora aparacağıq. Hər hansı bir fəaliyyətə son qoymağa gedəcəyik. Baş naziri xəbərdar etmək istəyirəm, zarafat etmirik. Onu fiziki olaraq dağıtmağa gedirik. Gürcü milləti və rahibə qarşı zorakılıq olsa, onun kabinetinə gedəcəyik. Biz, gürcü milləti və rahibi istənilən çirkab praydını dağıdacağıq", - deyə Quram Palavandişvili bildirib.

Məlumat üçün bildirək ki, İrakli Ğaribaşvili "Tbilisi Pride"in təşkilatçılarına bugünkü yürüşün başqa bir yerdə keçirilməsini təklif edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər