Bu gün "Tbilisi Prayd"ın təşkilatçılığı ilə cinsi azlıqların həmrəylik naminə yürüşü keçiriləcək
"Tbilisi Prayd" ın təşkilatçılığı ilə "Ləyaqət Marşı" - Həmrəylik naminə təşkil ediləcək. Bugünkü tədbir Prayd Həftəsinin çərçivəsində yekun tədbir olacaq. "Ləyaqət Marşı" Rustaveli metro stansiyasından saat 18:00-da başlayacaq və Dedaena (Ana dili) bağında sona çatacaq.
InterPress.ge xəbər verir ki, təşkilatçılar tədbirlə bağlı açıqlama yayırlar.
Aşıqlamada deyilir: "Cəmiyyətimiz və dövlətimiz çətin problemlərlə üzləşir. Dərin böhranlara 2020-ci ildə Covid Pandemiyası da əlavə edildi və bu da çətin sosial və iqtisadi vəziyyəti daha da gərginləşdirdi.
Bu gün bir çoxumuz sağ qalmaq üçün mübarizə aparırıq. İşsizlik artdı və indi daha çox insan yoxsulluq içində yaşayır. Dövlət qurumları çökdü və ədalət hissi itdi. İnsanlar artıq Gürcüstanda gələcəyi görə bilmirlər, nəticədə getdikcə daha çox vətəndaş ölkəni tərk edir və cəmiyyətimiz ən vacib mənbəyi - insanları itirir.
Bu böhran vəziyyəti hamımız üçün ağrılı və çətindir. Ancaq vəziyyətimiz başqa çətinliklərlə daha da ağırlaşır. LQBT- lar gündəlik olaraq zülm və ayrıseçkiliklə qarşılaşırlar. Nifrət qrupları davamlı olaraq cəmiyyətdə bizə qarşı düşmənçilik oyatmağa çalışırlar. Bu qruplar homofobiyanı alətləşdirməklə aralarında nifaq salmağa və cəmiyyəti və ya ictimai hərəkatları parçalamağa, müxtəlif ədalətli tələbləri gözdən salmağa çalışırlar. Dövlət tez-tez zorakı qrupların və onların liderlərinin cinayətkar fəaliyyətlərini cəzasız qoyur, bununla da bu cür insanlara qarşı şiddət normallaşır və digər tərəfdən inkişafa və ədalət yönümlü sosial, siyasi və iqtisadi dəyişikliklərə mane olur.
Biz insanlar, problemlərimiz barədə ucadan danışmalıyıq. Səsimizi ailəmiz, dostlarımız, həmkarlarımız, həmvətənlərimiz və dövlətimizə eşitdirməliyik!
Bizlərin anaları övladları ilə qürur duyur və dəstək olmaq üçün birləşirik. Səsimizin cəmiyyət və dövlət tərəfindən eşidilməsini istəyirik!
Eyni zamanda, biz bu ölkənin vətəndaşları bir-birimizə olan inamsızlığın, qütbləşmənin və nifrətin bütün cəmiyyəti necə incitdiyini başa düşürük. Parçalanmamız və qarşıdurmamız yalnız yaşadığımız haqsız sistemi qidalandırır. Mövcud sistem yalnız kiçik qruplar tərəfindən istifadə olunur və çoxumuz azadlığımızı itiririk, cəmiyyət olaraq zəifləyirik və davamlı yaşamaq üçün mübarizə aparmaq məcburiyyətində olduğumuz şəraitdə yaşayırıq.
Vətəndaşlar və ictimai hərəkatlar, xüsusilə pandemiyanın yaratdığı böhran dövründə dəfələrlə səfərbər ola, həmrəylik göstərə və bir-birlərinə dəstək ola bildilər. Bir-birimizin ehtiyaclarını görürük və birlikdə problemlərin öhdəsindən gəlməyə diqqət göstəririk. İndi bütün cəmiyyətin bir araya gəlməsi üçün, bütün insanların bərabər olduğu, cinsi oriyentasiya və cinsiyyət kimliyindən asılı olmayaraq hər kəsin ləyaqətlə yaşamaq imkanına sahib olduğu bir mühit yaratmağın vaxtıdır.
Həllin həmrəylikdə olduğuna inanırıq! Buna görə də, icma, ailə üzvləri və tərəfdarları yüksək səslə və qürurla həmrəy olduğumuzu bəyan edirlər!
Birlikdə dövlətdən tələb edirik:
İnsanlara yönəlik siyasəti təmin etmək;
Bərabər bir mühitin yaradılması, homofobiya, damğa və ayrıseçkiliyin aradan qaldırılması üçün müsbət bir öhdəliyi yerinə yetirmək;
Nifrət cinayətlərinin düzgün araşdırılmasını təmin edin və ədalət prinsipini qoruyun;
Cinsi oriyentasiya və cinsiyyət kimliyindən asılı olmayaraq hər bir vətəndaşın təhlükəsizliyini və ifadə azadlığını qoruyun"- açıqlamada bildirilir.


