21 
Apr
2020
18:10
9322

27 apreldən avtomobillərə qoyulan qadağa ilə yanaşı bəzi məhdudiyyətlərdə qaldırılacaq - YENİLƏNİB

Fövqəladə vəziyyətlə əlaqədar olaraq, Gürcüstanda nəqliyyat vasitələrinə məhdudiyyət aprelin 27-ə qədər uzadılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi İrakli Çikovani hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Koordinasiya Şurasının verdiyi qərara əsasən, aprelin 27-dən bəzi məhdudiyyətlər aradan qaldırılacaq.

“Virusun ölkədə kütləvi yayılmasının qarşısını almaq üçün lazımi addımları atmalıyıq ki, bu mərhələni məntiqi şəkildə izləyə bilək. Açılış mərhələsi, tətbiq olunan məhdudiyyətlərin addım-addım qaldırılmasını əhatə edir. Bu mərhələ düzgün, addım-addım planlaşdırılmalı və bu prosesi əvvəlki kimi uğurla davam etdirmək lazımdır. Sizə demək istərdim ki, uzun müddət davam edən fövqəladə vəziyyət qarşısında tətbiq olunan bəzi məhdudiyyətləri yumşaltmaq imkanımız olacaq və bunu davam etdirəcəyik. Onsuz da aprelin 27-də bəzi məhdudiyyətlər qaldırılacaq. Eyni zamanda, mütəxəssislərin proqnoza görə, 2-3 həftədən sonra zirvəni keçmək vəziyyətində məhdudiyyətləri qaldırmaq və iqtisadi fəaliyyət və iqtisadi həyat üçün dəstək planını fəal şəkildə həyata keçirə biləcəyik "- Çikovani bildirib.

(Texniki səhvlər düzəldilib)

Bizimlə əlaqə saxlayın