03 
Iyl
2021
22:35
1766

Marneulidə 7 aylıq hamilə qadın qonşusu tərəfindən hücuma məruz qaldı

Marneulidə 7 aylıq hamilə qadın qonşusu tərəfindən hücuma məruz qalıb.

InterPress.ge xəbər verir ki, Marneulidə yaşayan aktivist Amelia Urumova, "Şənbə gününün Formulası"na bildirib ki, bu ona qarşı edilən ilk hücum olmayıb.

Uromovanın sözlərinə görə, iyunun 25-də qonşusu Xatuna Qelaşvili tərəfindən fiziki təcavüzə məruz qalıb. Qadınların qarşıdurması nəticəsində iki polis oraya gəlib.

"İki polislə təhlükəsiz olacağımı düşünürdüm, amma içəri girib qapı kilidlənən kimi Xatuna mənə tərəf qaçdı və məni döyməyə başladı. Başımdan, çiyinlərimdən və sinəmdən vurdu, ancaq qarnıma qəsdən toxunmayıb", - dedi Marneulidə yaşayan aktivist.

İki qadın arasındakı qarşıdurmanın səbəbi məlum deyil. Qonşular Urumovanın mülk maraqlarından danışıblar. Onun əmək qabiliyyəti olmayan bir qadından pul aldığını deyiblər.

Urumova ona qarşı hücumun tez-tez baş verdiyini qeyd edir. O, bu cür hücumlara məruz qalmasına səbəb olaraq aktivliyi və könüllü fəaliyyəti olduğunu bildirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər