1 USD =
3.1244 GEL
1 EUR =
3.7174 GEL
1 TRY =
0.3713 GEL
100 RUB =
4.2829 GEL
1 AZN =
1.8391 GEL
03 
Iyl
2021
18:47
248

Gürcüstanda 5G şəbəkəsinin yaradılmasına hazırlıq gedir

Gürcüstanda 5G şəbəkəsinin qurulması işlərinin hazırlıqlarına başlanılıb.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası bununla bağlı auksion elan edəcək.

Komissiyanın məlumatına əsasən, tezlik resursları artıq ayrılıb, hərracda başlanğıc qiymət hesablanıb və şərtlər müəyyən edilib. 5G şəbəkəsinin inkişafı üçün investisiyaları şirkətlər özləri cəlb etməli olacaqlar.

Hərracın şərtləri “Ernst & Young” şirkətinin ekspertləri ilə birgə Avropa Komissiyasının qərarları və avropalı həmkarların təcrübəsi nəzərə alınmaqla müəyyən olunub.

Auksionda qalib gələcək şirkətlərə tezlik resursu 15 illik müvəqqəti istifadə müddətinə veriləcək. Şirkətlər 2-7 il ərzində mərhələli şəkildə yaşayış məntəqələri, yol magistralları, hava limanları və dəmir yolunun daxil olacağı konkret coğrafi arealları şəbəkə ilə əhatə etməli olacaqlar.(report)

Bizimlə əlaqə saxlayın