03 
Iyl
2021
17:33
1143

Sinoptiklər Gürcüstanda hava şəraiti ilə bağlı xəbərdarlıq etdi: Yağış, dolu, güclü külək...

İyulun 4-də, günün sonundan 5 iyul səhərinə qədər Gürcüstanda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir - bəzi yerlərdə dolu və güclü külək ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Gözlənilən güclü yağışlar Gürcüstanın kiçik çaylarında daşqınlara və ölkənin dağlıq ərazilərində sürüşmə prosesinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər