Ninocminda Bələdiyyəsində, Pərvanə gölündə azyaşlı boğularaq ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstintaq Cinayət Məcəlləsinin intihar etməyi nəzərdə tutan 115-ci maddəsi ilə başladılıb.
Mövcud məlumatlara görə, hadisə iyulun 2-də gecə saatlarında baş verib və ölən gənc Foka kəndinin sakini olub. 17 yaşlı gəncin cəsədi xilasedicilər tərəfindən göldən çıxarılıb.
