Amiran Qamğrelidze: "Gürcüstana "Pfizer" peyvəndi gətirildikdən sonra 16 yaşdan yuxarı əhali aşılanacaq"
"Gürcüstana "Pfizer" peyvəndi gətirildikdən sonra 16 yaşdan yuxarı əhali aşılanacaq".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Qamğrelidzenin sözlərinə görə, bunu artıq 16 yaşdan yuxarı vətəndaşların "Pfizer" ilə aşılanması şərtləndirir.
Onun sözlərinə görə, hədəf iyul ayında gün ərzində peyvənd sayının tədricən 20.000-dən 25.000-ə çatdırılmasıdır.
"Bildiyiniz kimi, "Pfizer"in təlimatında 16 yaşdan yuxarı şəxslərin aşılanması da var. Bu gün 18 yaşdan yuxarı bütün əhali digər peyvəndlərlə aşılanır, "Pfizer"lə 16 yaşdan icazə verilir. Buna görə "Pfizer" daxil olduqda bizdə də dəyişikliklər ediləcək və 16 yaşdan yuxarı əhali aşılanacaq. Bəzi ölkələrin "Pfizer" ilə yetkinlərin peyvəndlənməsi ilə bağlı tətbiq etdikləri növbəti qərarlara gəlincə, əlbəttə ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarını gözləyəcəyik.
Sabadan qeydiyyat açılacaq. Aktivliyin necə olacağını müşahidə edəcəyik, sonra qeydiyyat ay ərzində və bəlkə də yay boyunca artacaq. "Sinopharm" ilə başlayırıq, sonra "Sinovac" və "Pfizer" əlavə ediləcək", - Qamğrelidze deyib.


