02 
Iyl
2021
17:27
536

Gürcüstanda bu tarixdən kütləvi peyvəndləmə prosesinə başlanacaq

"Bazar ertəsindən etibarən sistem bütün ölkədə kütləvi peyvəndlənməyə hazır olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə açıqlama verdi.

“Kütləvi peyvəndləmə prosesində vətəndaşlarımızın üzərinə xüsusi bir məsuliyyət düşür. Hökumət adından, pandemiyanın başlanğıcında olduğu kimi, vətəndaşlarımızın da məsuliyyət göstərmələrini xahiş edirəm"- Ğaribaşvili.

Hökumət başçısının sözlərinə görə, müvafiq avadanlıqlarla təchiz edilmiş 350 briqada bütün Gürcüstan miqyası ilə yerləşdiriləcək və hökumət bu prosesi uğurla idarə edir.

"Bizim hesablamalarımıza görə, gündə 20 ilə 25 min adama peyvənd etməliyik"- Baş Nazir.

Pandemiya başlayandan bəri ölkədə 31 milyondan çox koronavirus halı təsdiqləndi və 400 mindən çox insan virusdan həyatını itirdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər