Ğaribaşvili: "Gürcüstana koronavirusa qarşı əlavə dozalar daxil oldu"
Gürcüstana koronavirusa qarşı peyvəndlərin yeni dozaları gətirildi.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili açıqlama verdi.
Baş nazirin qeyd etdiyinə görə, ölkə "Sinofarm" və "Sinovak" peyvəndinin əlavə dozalarını qəbul etdi.
“Bu gün bir milyon doza peyvənd aldıq. Bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən Çin istehsalı "Sinofarm" və "Sinovak" peyvəndləridir. Bir milyon doza artıq Gürcüstandadır. Artıq həftənin bazar ertəsi günündən etibarən kütləvi peyvənd prosesinə başlamağa hazırıq. Növbəti dozalar barədə əhaliyə əlavə məlumat vermək istəyirəm. Bildiyiniz kimi, son bir neçə aydır ki, birbaşa istehsalçılar ilə işləyirik. Biz fəal şəkildə danışıqlar apardıq və nəticələr uğurlu oldu"- dedi Ğaribaşvili.


