Son 24 saat ərzində 150-dən çox fövqəladə vəziyyət rejiminin pozulma faktı aşkar edilib - VİDEO
Son 24 saat ərzində, polis tərəfindən həyata keçirilən monitorinq nəticəsində fövqəladə vəziyyət rejiminin pozulmasının 182 yeni faktı aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Bununla yanaşı, polis 20 aprel saat 21:00-dən 21 aprel saat 6:00-a qədər komendant saatının pozulması faktı üzrə, bütün ölkə miqyası ilə 78 vətəndaşı cərimələyib.
“Bundan başqa Daxili İşlər Nazirliyi əməkdaşları, üçdən artıq insanın toplaşması və iki metrlik məsafənin qorunmamasına görə, 66 nəfər cərimələdilər.
Hüquqmühafizəçilər avtomobillə hərəkət etmə faktı üzrə daha 38 insanı cərimələdilər.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edir ki, fövqəladə vəziyyət çərçivəsində müəyyən edilmiş məhdudiyyətlərə riayət etsinlər, əks təqdirdə qanun ilə müəyyən edilmiş tədbirlər görüləcək.
Gürcüstan ərazisində olan bütün şəxs borcludur ki, fövqəladə rejimə riayət etsin və Gürcüstanda olan qanunvericilik tələblərinə tabe olsun.
Fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə cəlb olunmanı əmələ gətirir – fizi şəxs 3 000 lari, hüquqi şəxs isə, 15 min lari ilə cərimələnəcək”, – DİN-dən bildirilir.